Noy 04, 2023 14:37 Asia/Baku
  • Mariya Zaxarova qondarma rejimin haqsızlığını sənədlə ortaya qoydu

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü oz teleqram kanalında Fələstini işğal edən israillilərin tarixi fotosunu paylaşıb, Fələstin məsələsinin ədalətli həllinə çağırıb.

Diplomat yazısında 1947-ci ildə Fələstinə yəhudi əsilli qeyri-qanuni mühacirlərin onu işğal etmək və İsrail dövlətini yaratmaq üçün göndərdiyi “Teodor Herzl” gəmisinin fotosunu paylaşıb.

Şəkildə gəminin üzərinə “Almanlar ailələrimizi və evlərimizi dağıdıb – ümidlərimizi qırmayın” sözləri yazılmış plakat asılıb.

Zaxarova qeyd edib ki, “gəmi sərnişinlərinin əksəriyyəti sonda 1948-ci ilin mayında yaradılmış İsrail ərazisinə köçüb və orada məskunlaşıblar. Bu gün isə həmin yəhudi qaçqınların övladları “yüz minlərlə fələstinlini “gəmiyə minməyə” və öz doğma torpaqlarını tərk etməyə dəvət edirlər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi davam edib.

Bundan əvvəl Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya vurğulamışdı ki, İsrailin özünümüdafiə hüququ yoxdur, çünki o, işğalçı ölkədir, bunu BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 2004-cü ildə təsdiqləyib.

Rusiyalı diplomat vurğulayıb ki, ABŞ administrasiyası “digər hallarda” humanitar qanunlara əməl olunmasını tələb edəndə və arzuolunmaz ölkələrə qarşı sanksiyalar tətbiq edəndə ikiüzlülüklə məşğul olur.