Rusiya Azərbaycanda hərbi varlığını davam etdirir
https://azeri.sahartv.ir/news/qafqaz-i405266-rusiya_azərbaycanda_hərbi_varlığını_davam_etdirir
Sülhməramlılar Qarabağda qalırlar
(last modified 2024-06-07T05:07:56+00:00 )
Noy 08, 2023 13:29 Asia/Baku
  • Rusiya Azərbaycanda hərbi varlığını davam etdirir

Sülhməramlılar Qarabağda qalırlar

Rusiya Qarabağdakı sülhməramlıların hərbi texnikasını planlı təmir üçün çıxardığını bildirib.

ARMENPRESS xəbər verir: Rusiya Müdafiə Nazirliyi Qarabağdakı sülhməramlı kontingentin şəxsi heyətinin rotasiyasını, eləcə də silah və hərbi texnikanın planlı təmir üçün Rusiyaya göndərilməsini başa çatdırdığını elan edib.

Rusiya Müdafiə Nazirliyi də açıqlamasında bildirib ki, onun Dağlıq Qarabağdakı sülhməramlıları “məqsədlərini yerinə yetirməyə davam edirlər”.

Qeyd olunur ki, Rusiya sülhməramlıları sentyabrın 19-dan etibarən Qarabağda 10 müşahidə məntəqəsini və 16 müvəqqəti müşahidə məntəqəsini bağlayıblar.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında həmçinin deyilir ki, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi və humanitar hüququn qorunması istiqamətində Bakı ilə davamlı əməkdaşlıq davam etdirilir.