Noy 16, 2023 11:31 Asia/Baku
  • Hərbi və digər yardımlar dayandırıldı

ABŞ Ermənistanın tərəfini saxlayaraq Azərbaycana hərbi və digər yardımları dayandırdığını açıqlayıb.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresdə keçirilən dinləmələr zamanı deyib: “Bütün təmaslarda Azərbaycana Ermənistan daxilində güc tətbiqinin tamamilə qəbuledilməz olacağı barədə aydın siqnallar vermişik. Biz dedik ki, sülh danışıqları uğur qazanmayana qədər münasibətlərimizin normal olması şansı yoxdur. Atdığımız addımlara gəlincə, bunlardan biri odur ki, biz bir çox yüksək səviyyəli əlaqələri ləğv etmişik”.

Onun sözlərinə görə, Dövlət Departamenti Qarabağdan didərgin düşmüş insanlarla şəxsi söhbətlər vasitəsilə “Dağlıq Qarabağ”da baş verənlərin üzə çıxarılması səylərini dəstəkləyir.

Obrayen qeyd edib ki, ABŞ "19 sentyabr hadisələrindən sonra sülh yolunda irəliləyiş müşahidə olunmayınca Azərbaycan üçün hər şeyin normal olmayacağını açıq şəkildə bəyan edib".

 

Teqlər