Simonyan: İlin sonuna qədər sülh sazişi imzalana bilər
https://azeri.sahartv.ir/news/qafqaz-i405609-simonyan_İlin_sonuna_qədər_sülh_sazişi_imzalana_bilər
Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsində deyib ki, ilin sonuna qədər İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2023 11:03 Asia/Baku
  • Simonyan: İlin sonuna qədər sülh sazişi imzalana bilər

Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə müsahibəsində deyib ki, ilin sonuna qədər İrəvanla Bakı arasında sülh sazişi imzalana bilər.

Simonyan bununla bağlı qeyd edib ki, baş nazirin artıq qeyd etdiyi üç əsas prinsip üzrə razılıq əldə olunub, lakin hələlik tərəflər sazişin imzalanma vaxtını dəqiqləşdirməmişlər.

Onun fikrincə, hər iki ölkə öz cəmiyyətlərini sülh müqaviləsinə hazırlamalıdır: “Hesab edirəm ki, Azərbaycan bununla bağlı öz cəmiyyəti ilə işi aktivləşdirməlidir”, – deyə Simonyan əlavə edib.