Rusiya Qərbin Cənubi Qafqaz planlarını təhlükəli hesab edir;
Zaxarova: Qərb regionu geosiyasi qarşıdurma meydanına çevirmək istəyir
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qərb dövlətlərini Cənubi Qafqaz regionunu geosiyasi qarşıdurma meydanına çevirmək cəhdində ittiham edib.
Mariya Zaxarova “News-ru”nun sualını cavablandırarkən deyib: “Cənubi Qafqaz regionunda münaqişə riski qalmaqdadır və Qərb region ölkələrinin maraqlarına məhəl qoymadan Cənubi Qafqazı geosiyasi qarşıdurma meydanına çevirməyə çalışır. Onlar bu regionun təhlükəsizliyini, sabitliyini və rifahını təmin etmək üçün heç nə etmirlər”.
Hökumət rəsmisinin sözlərinə görə, Rusiya bütün region ölkələrinin və onların qonşularının maraqlarının tarazlığına əsaslanaraq regionun sabitlik zonasına çevrilməsi üzərində işləyir. Bu məntiqdən istifadə edərək rəsmi Moskva 3+3 platforması çərçivəsində qarşılıqlı fəaliyyət qurur”.