“Ermənistan və Fransa həmişə xüsusi münasibətləri qoruyacaqlar”
https://azeri.sahartv.ir/news/qafqaz-i408713-ermənistan_və_fransa_həmişə_xüsusi_münasibətləri_qoruyacaqlar
Fransanın baş naziri X platformasında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən fotonu dərc edərkən Ermənistan və Fransanın xüsusi münasibətlərə malik olduqlarını və bunun həmişə davam edəcəyini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 23, 2024 10:33 Asia/Baku
  • “Ermənistan və Fransa həmişə xüsusi münasibətləri qoruyacaqlar”

Fransanın baş naziri X platformasında Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündən fotonu dərc edərkən Ermənistan və Fransanın xüsusi münasibətlərə malik olduqlarını və bunun həmişə davam edəcəyini vurğulayıb.

Qabriel Attal yazıb: “İnfrastruktur, enerji, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq genişləndiriləcək. Ölkələrimiz arasında əməkdaşlığı gücləndirmək üçün qarşılıqlı istəyimizi bir daha təsdiqlədik. Hörmətli Nikol Paşinyana fikir mübadiləsinə görə təşəkkür edirik”.

Fransanın baş naziri onu da qeyd edib ki, rəsmi Paris Ermənistanın suverenliyini və ərazi bütövlüyünü hərtərəfli dəstəkləməyə davam edəcəkdir.