Fev 26, 2024 12:10 Asia/Baku
  • 2024-də hərbi əməliyyatların bərpası mümkündür - AKTUAL

Britaniyalı tanmış jurnalist 2024-cü ildə Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpası ehtimalına toxunub.

Tom de Vaal son məqaləsində yazır: “30 illik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında münasibətləri nizama salacaq ikitərəfli sülh sazişi üzrə danışıqlar davam etsə də, Ermənistanın cənubunda Sünik bölgəsində və onun ətrafında zorakılıq təhlükəsi qalmaqdadır.

Müəllif qeyd edir ki, Qərbin vasitəçiliyi ilə Brüssel və Vaşinqtonda keçirilən danışıqlar ötən ilin yayından dayandırılıb. Sadəcə Ermənistan və Azərbaycanın milli təhlükəsizlik müşavirlərinin rəhbərliyi arasındakı ikitərəfli proses qalır.

Bildirilir ki, razılaşmanın əldə edilməsi üçün üç əsas maneə var. Bunlardan biri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyasıdır.

İkinci sual odur ki, sazişin icrasını təmin etmək üçün hansı beynəlxalq təminatlar və mübahisələrin həlli mexanizmləri tələb olunacaq. Ermənilər mümkün qədər çox beynəlxalq dəstək, azərbaycanlılar isə minimal iştirak istəyirlər.

Üçüncü məsələ Azərbaycanın əsas hissəsini Naxçıvanın Türkiyə ilə həmsərhəd eksklavı ilə birləşdirən 43 kilometrlik Ermənistan ərazisindən keçən dəhliz və ya tranzit yolun açılması ilə bağlı olduqca mübahisəli məsələdir. Ermənistan strateji əhəmiyyət kəsb edən cənub sərhəd bölgəsinin suverenliyindən və təhlükəsizliyindən imtina etmək istəmir.

Tom de Vaal əlavə edir ki, Ermənistan Rusiyanın təsirindən, o cümlədən Sovet İttifaqı dağılandan sonra orada yerləşdirilən sərhədçilərdən qurtarmağa çalışır. Lakin ruslar üçün tranzit marşrutuna nəzarət böyük uğur olardı. Çünki bu, Rusiyanın Yaxın Şərqlə əlaqələrini bərpa edə biləcəyi əsas şimal-cənub dəmir yolu olacaq.

Digər tərəfdən narahatedici ssenari odur ki, Azərbaycan Ermənistanın cənubunda istədiyini almayana qədər sülh müqaviləsi imzalanmayacaq. Yəni 2024-cü ildə Ermənistan çox güman ki, sözdə “Zəngəzur dəhlizi” planını həyata keçirməyə çalışan Bakı və Moskvanın güclü təzyiqinə məruz qalacaq. Buna görə də, Nerkin Hand yaxınlığında baş verən insident yaxından izlənilməlidir. Belə kiçik toqquşmalar yeni münaqişəyə və bütün region üçün ölümcül nəticələrə gətirib çıxara bilər.