Fev 29, 2024 18:37 Asia/Baku
  • “KTMT-dən de-yure çıxa bilərik”

Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakını rəsmi dondurmaqla hədələyib.

Ermənistanın baş naziri Milli Assambleyada hökumət üzvləri ilə sual-cavab iclasında deyib ki, Ermənistan heç vaxt KTMT-ni hərbi münaqişəyə cəlb etməyə cəhd etməyib. Amma təşkilata üzv olan ölkənin ərazi bütövlüyü pozulursa, təşkilat ciddiliyini nümayiş etdirməli idi.

Paşinyan sözlərinə əlavə edib: “KTMT təşkilatının Ermənistan ərazisində məsuliyyət daşıyırmı? KTMT 2021-ci ildən bəri bu suala cavab vermir. Bu, Ermənistanın milli təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdidlər yaradır.

O, sonra KTMT ilə münasibətlərin dondurulması ilə bağlı açıqlamasına belə aydınlıq gətirib: “Artıq bir ildir ki, bizim KTMT-də daimi nümayəndəmiz yoxdur. Biz uzun müddətdir ki, KTMT tədbirlərində yüksək səviyyədə iştirak etmirik. KTMT qərar qəbul etmək üçün konsensus prinsipindən istifadə edir, lakin biz orada iştirak etmirik, çünki niyə iştirak etməli olduğumuzu bilmirik”.

Onun sözlərinə görə, Avropa Şurası 2023-cü ilin oktyabrında Qranadada dördtərəfli bəyannamə və 6 oktyabr 2022-ci il tarixli Praqa Bəyannaməsi ilə Ermənistanın sərhədlərini açıq şəkildə tanıyıb. Və Rusiya prezidenti də bunu üçtərəfli sazişlərsə təsdiq edib. Lakin KTMT-nin İrəvanda keçirilən sammitində təşkilatın üzvləri faktiki olaraq bundan imtina ediblər, Ermənistanın baş naziri qeyd edib.

Paşinyan söhbətinin sonunda vurğulayıb: “KTMT Ermənistanın təhlükəsizliyini təmin etmək öhdəliyinə baxmayaraq, bunun tam əksini edir. İndi KTMT ilə de-fakto münasibətlərimizi dondurmuşuq və bu proses davam edərsə, de-yure əlaqələri dondurmalı olacağıq”.