Fev 29, 2024 19:22 Asia/Baku
  • İrəvanın mövqeyi kommunikasiyaların açılmasına mane olur

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, İrəvanın mövqeyi regionda kommunikasiyaların açılmasına mane olur.

Zaxarova qeyd edib ki, Ermənistan hakimiyyəti bərabərlik, qarşılıqlılıq çərçivəsində, suverenlik və yurisdiksiya prinsipi əsasında regional kommunikasiyaların açılmasına hazır olduğunu bəyan edib. Lakin təəssüf ki, hazırda bu məsələ Ermənistan rəsmilərinin mövqeyi ucbatından dalana dirənib”.

XİN rəsmisi Rusiya Federal Təhlükəsizlik Xidməti sərhədçilərinin Meğri marşrutu üzərində nəzarətinə dair bəyanatı da şərh edib:

“Həm nəqliyyatın optimal təşkili baxımından, həm də iqtisadi baxımdan bu, çox məntiqlidir. Rusiya sərhədçiləri onsuz da Ermənistanın Sünik rayonunun cənubunda mövcuddur, onlar Ermənistanla İran arasındakı sərhədi qoruyurlar”, - deyə o vurğulayıb.

Zaxarova qeyd edib ki, qeyri-regional aktorlara gəlincə, Cənubi Qafqazda kommunikasiyaların açılmasına töhfə vermək istəməməsi yalnız siyasi rejimin mülahizələri ilə izah olunur: “Onlar Ermənistan və Azərbaycanın bir-biri ilə və qonşuları ilə qarşılıqlı əlaqəsini artırmaqda maraqlı deyillər. Onlar bölgəni parçalamağa, orada özlərini və öz maraqlarını təqdim etməyə çalışırlar. Başqalarının maraqlarını düşünmürlər. Və beləliklə də, ölkələr arasında ziddiyyətlər daha da gücləndirilir”.