Alen Simonyan Rusiyanın rəhbərliyi altında olan təhlükəsizlik qurumunda qalıb-qalmamaq məsələsinə aydınlıq gətirdi
“KTMT-dən çıxmağı bizdən xalq tələb edir”
Mart 01, 2024 07:45 Asia/Baku
Ermənistan parlamentinin sədri Rusiyanın rəhbərliyi altında olan təhlükəsizlik qurumunda qalıb-qalmamaq məsələsinə aydınlıq gətirib.
Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Ermənistan hakimiyyətinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq qərarı yoxdur.
O əlavə edib ki, heç bir vektorun dəyişdirilməsi və ya buna bənzər bir şeydən söhbət getmir. “Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli olduğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Bizim cəmiyyət də bundan danışır, deyə bilərik ki, belə bir tələb qoyur”, - deyə Simonyan vurğulayıb.