Apr 24, 2024 10:52 Asia/Baku
  • Ermənistan yolunu Rusiyadan ayırır

Paşinyan: KTMT-yə bel bağlamaq olmaz!

Ermənistanın baş naziri Britaniya mətbuatına müsahibəsində bir daha Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazılığını ifadə edib.

Nikol Paşinyan KTMT-ni Ermənistana laqeydlikdə ittiham edərək deyib: “Ermənistan KTMT-yə heç nə etməyib. Nə edibsə, təşkilat özünün bəyanatları, hərəkətləri və laqeydliyi ilə edib. Ona görə də KTMT-yə bel bağlamaq olmaz. Əgər KTMT sərhədlərimizi tanımırsa, o zaman KTMT, ümumiyyətlə, mövcud deyil”.

Xatırladaq ki, 2022-ci ilin noyabrında Yerevanda keçirilən KTMT sammitində Baş nazir Nikol Paşinyan təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının Ermənistana yardım göstərilməsi üzrə birgə tədbirlər haqqında qərar layihəsini imzalamayıb.

Fevralın 23-də Nikol Paşinyan bildirmişdi ki, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakı dondurulub.

Ermənistan bundan əvvəl dekabrın 19-da KTMT parlamentinin iclasında iştirakdan imtina edib.

 

Teqlər