Cənubi Qafqazda silahlanma yarışı genişlənir
https://azeri.sahartv.ir/news/qafqaz-i410671-cənubi_qafqazda_silahlanma_yarışı_genişlənir
Ermənistanda müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb
(last modified 2024-06-07T05:07:56+00:00 )
Apr 24, 2024 07:45 Asia/Baku
  • Cənubi Qafqazda silahlanma yarışı genişlənir

Ermənistanda müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb

Cənubi Qafqazda silahlanma yarışı genişlənir. Ermənistan və Azərbaycanın müdafiə xərcləri əhəmiyyətli dərəcədə artıb.
 
Ermənistanın müdafiə xərcləri 2022-ci ildəki 795 milyon dollardan 2023-cü ildə 1 milyard 330 milyon dollara çatıb. 
Stokholm beynəlxalq sülh araşdırmaları institutunun (SIPRI) məlumatları göstərir ki, Azərbaycanda da bu xərclər artaraq 2 milyard 991 milyon dollardan 3 milyard 561 milyon dollara və ya Ümumi Daxili Məhsulun 3,8%-dən 4,6%-nə yüksəlib.