Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya
https://azeri.sahartv.ir/news/qafqaz-i413820-lavrovun_sözlərinə_İrəvandan_kəskin_reaksiya
“Ermənistanın açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur”
(last modified 2024-08-21T03:36:13+00:00 )
Avq 21, 2024 07:23 Asia/Baku
  • Lavrovun sözlərinə İrəvandan kəskin reaksiya

“Ermənistanın açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur”

Ermənistan Xarici İşlər Nazirliyi Sergey Lavrovun açılamasına cavab olaraq bildirib ki, bu ölkənin açıq sənədlərdən başqa heç bir müqaviləsi yoxdur və onları sabotaj edə bilməz.

Ermənistan XİN vurğulayıb: “Rusiya XİN rəhbərinin bəyanatı dedikləri Moskvanın İrəvanla Bakı arasında münasibətlərin nizamlanması prosesində konstruktiv iştirakı ilə bağlı açıq təəssüf və şübhə yaradıb. İrəvan sülh gündəliyinə sadiqliyini dəfələrlə təsdiqləyib və onun uğurla həyata keçirilməsi üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bildirmişdi ki, kommunikasiyaların açılmasına dair sazişdə Paşinyanın imzası olsa da, İrəvan müqaviləni sabotaj edir.