Avq 23, 2024 11:37 Asia/Baku
  • Putinin Bakıya səfəri zamanı İrəvan-Bakı barışığı müzakirə edilib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova prezident Putinin Bakıya səfəri zamanı Bakı ilə İrəvan arasında barışıq mövzusunun müzakirə edildiyini bildirib.

Zaxarova vurğulayıb ki, Rusiya Federasiyasının bu istiqamətdə göstərdiyi bütün səylər həm Bakı, həm də İrəvanla xüsusi müttəfiqlik münasibətlərinin ruhuna uyğundur.

O, sülh müqaviləsinin imzalanmasının regionda sülhün və sabitliyin bərqərar olması üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və deyib: “Ölkəmiz buna ən qısa zamanda nail olmaqda maraqlı olduğunu bütün səviyyələrdə bəyan edib. Rusiya üçtərəfli saziş çərçivəsində tərəfləri dəstəkləməyə hazırdır”.

Ermənistanın KTMT tədbirlərində iştirakı ilə bağlı Zaxarova qeyd edib ki, KTMT-nin qapıları həmişə açıqdır və Ermənistan üçün bu strukturdan başqa təhlükəsizlik təminatçısı yoxdur. Rusiya mütəmadi olaraq hər iki tərəfi təmkinli olmağa və bütün mübahisəli məsələləri sülh və diplomatik üsullarla həll etməyə çağırıb.

 

Teqlər