Zaxarova:
Qərb terrorizmlə mübarizə mövzusunu manipulyasiya edir
Sen 20, 2024 11:49 Asia/Baku
Rusiya Livanda peycerlərin kütləvi partlaması ilə bağlı təhqiqata və beynəlxalq diqqətə çağırıb və qərbi terrorizmlə mübarizə mövzusunda saxtakarlıqda ittiham edib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova IV Avrasiya Qadınlar Forumu çərçivəsində deyib.
"Bu vəziyyətdə dünən baş verənlər araşdırma və beynəlxalq diqqət tələb edir. Qərb terrorizmlə mübarizə mövzusunu manipulyasiya edir", Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.