LGBT-yə qarşı qanun ilə
Tiflis yenə Aİ-ni qəzəbləndirdi
Qərbin casusluq fəaliyyətlərini məhdudlaşdıran qanunun ardınca Gürcüstan parlamentində LGBT-yə qarşı qəbul edilən növbəti qanun Avropanı daha da qəzəbləndirib.
Avropa İttifaqı Gürcüstan hakimiyyətini bir gün əvvəl üçüncü və yekun oxunuşda qəbul edilmiş LGBT təbliğatını qadağan edən qanunu ləğv etməyə çağırıb. Bu barədə Aİ diplomatiyasının rəhbəri Josep Borrell bildirib.
Gürcüstan parlamenti sentyabrın 18-də üçüncü və sonuncu oxunuşda LGBT təbliğatını qadağan edən qanun layihəsini qəbul edib. Qanun layihəsinin lehinə 84 deputat səs verib. İclasda müxalifət partiyalarından olan deputatlar iştirak etməyiblər.
Aİ diplomatiyasının rəhbəri Josep Borrell bu qanunun təməl insan haqlarına zidd olduğunu Gürcüstanı Aİ-yə üzvlük yolundan uzaqlaşdıracağını deyib.
Əvvəllər Avropa İttifaqı Gürcüstan parlamentinin bu qanunun qəbulu prosesini pisləmişdi və onun qarşısını almağa cəhd göstərmişdi.
Qanun layihəsinin müəllifləri hakim "Gürcü arzusu" partiyasının üzvləridir.
"Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" bu
qanun layihəsi LGBT* təbliğatına, eynicinsli nikahlara və cinsiyyətin dəyişdirilməsinə qadağanı ehtiva edir.
Qanun layihəsi prezident tərəfindən imzalandıqdan və ölkənin Qanunvericilik qəzetinin saytında dərc edildikdən dərhal sonra qüvvəyə minəcək.
Bundan öncə də Gürcüstan parlamenti qərb casuslarını məyus edən “xarici agentlər haqqına” qanunu qəbul etdi. Həmin qanun indi Gürcüstanda qüvvədədir. Bu qərar Qərbin Gürcüstana qarşı ciddi təzyiqlərinə, maliyyə yardımlarının dayarndırılmasına, viza qadağalarına və gürcüstanlı rəsmilərə qarşı sanksiyalara səbəb oldu.