Gürcüstanın AB-yə qatılması havadarlarının aksiyaları davam edir
Gürcüstanın Avropa Birliiyinə qoşulmasının havadarlarının keçirdikləri aksiyaların davamında etirazçılar bir daha bu ölkə polisi iiə toqquşublar.
Xüsusi təyinatlı polis qüvvələri öncə etirazçıları parlament binası qarşısından uzaqlaşdırıblar. Amma məmurların etirazçıları dağıtmaq cəhdi uğursuz qalıb və nəticə etibarı ilə onlar aksiyaçılara qarşı su şırnaqlarından istifadə ediblər.
Gürcüstan daxili işlər nazilriyi dünən bildirdi ki, qırx üç nəfər həbs olunub. Nazirlik həmçinin bir bəyanatda bildiribdir ki, bəzi aksiyaçılar parlamentdən kənarda qoyulmuş metal maneələri sındırmağa çalışıblar və polislə toqquşmada otuz iki zabit yaralanıb.
Müxaliflərin etirazları cümə axşamı günü, Gürcüstanın baş naziri İrakli Kobaxidzenin/ Gürcüstanın iki min iyirmi səkkizinci ilədək Avropa Birliyinə üzvlüyü haqda danışıqların başlanması məsələsinin araşdırılmasının dayandırılmasına dair qərarını bildirməsindən sonra başlandı.