Rusiya bu ölkə generalının terror edilməsini BMT TŞ iclasına çıxaracaq
Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini deyibdir ki, Moskva bu ölkənin silahlı qüvvələrinin radioaktiv, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı general Kirillova qarşı ölümcül hücum məsələsini BMT Təhlükəsizlik Şurasının iclasında qaldıracaq.
Dmitri Polyanski dünən Teleqram-da belə yazıb: Bu cinayətdə məsuliyyət daşıyan kəslər beynəlxalq ictimaiyyət tərəfindən cəzalandırılmalı və pislənməlidirlər.
Rusiya təhlükəsizlik şurasının sədr müavini Dmitri Medvedev dünən deyibdir ki, Kiyev rejimi Kirillovun terrorundakı rolunu qəbul edib.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Kirillovun qətlini planlaşdırılmış bir terror aktı adlandırıb və Qərbin bu terrora olan yetərsiz reaksiyasını tənqid edib. O, qərbliləri Kiyev rejimi qüvvələrinin müharibə cinayətlərini təsdiq etməkdə ittiham edib.
Terror hərəkətlərini alqışlayan və ya qəsdən onun qarşısında susan bütün kəslər bu hücumlarda əlbir olublar- deyə, Zaxarova vurğulayıb.