Dek 18, 2024 15:15 Asia/Baku
  • Müxalifəti dəstəkləyən Zurabişvili kürsüsünü tərk etmək istəmir

Gürcüstanda yeni prezident seçilsə də, köhnə prezident kürsüsünü təhvil verməkdən yayınır.

Bu məlumata əsasən, dekabrın 14-də hakim partiya keçmiş futbolçu Mixeil Kavelaşvilini yeni prezident seçib, amma hazırkı prezident və müxalifət onu qəbul etmir.

Qeyd edək ki, keçmiş "Mançester Siti" futbolçusu hakimiyyətdəki Gürcü Arzusu tərəfindən seçilib və müxalifət onu ali təhsili olmadığına görə lağa qoyur.

Yeni seçilən prezident Avropa İttifaqı və Qərbi tənqid etməsiylə tanınır.

Bu arada Azərbaycan və Serbiya prezidentləri, habelə Ermənistanın baş naziri Kavelaşvilini prezident seçilməsi münasibətilə təbrik ediblər.

İlham Əliyev ona təbrikində regionda sabitliyin və iqtisadi inkişafın təmin edilməsi üçün Gürcüstanla strateji tərəfdaşlığın daha da genişləndirilməsinə ümidvar olduğunu bildirib.