Gürcüstan hökuməti Rusiya ilə münasibətlərini korlamaq istəmir
Kobaxidze Makrona cavab verdi: Ukraynaya diqqət elə!
Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidentinin tövsiyələrinə cavab olaraq ona Ukraynaya diqqət yetirməsini məsləhət görüb.
İrakli Kobaxidze deyib: “Qoy Fransa prezidenti məhv etmək üçün qurban verilən Ukraynaya diqqət yetirsin. Əsl problemin nə olduğunu deyirəm. Yalan şərh verə bilmərəm. Bu gün hamının üzləşdiyi problemi şərh edirəm - bu, dağıdılmış Ukraynadır”.
Qeyd edək ki, Makron yanvarın 6-da Rusiyanın qonşularına qarşı daha da aqressivləşdiyini deyib və buna misal olaraq 26 oktyabr 2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərini göstərib. Fransa prezidentinin sözlərinə görə, Rusiya Gürcüstanda seçki prosesini gərginləşdirməyə çalışıb.
Müşahidəçilərin fikrincə, kollektiv Qərb Gürcüstanı öz orbitinə qaytarmağa müvəffəq olmamasından və bu ölkə ilə Rusiya arasında düşmənçilik ovqatını qızışdıra bilməməsindən narahatdır.