Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırdı
https://azeri.sahartv.ir/news/qafqaz-i417976-gürcüstan_nümayəndə_heyəti_aŞpa_dakı_fəaliyyətini_dayandırdı
“Gürcü Arzusu” Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb.
(last modified 2025-01-30T11:00:42+00:00 )
Yan 30, 2025 14:59 Asia/Baku
  • Gürcüstan nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini dayandırdı

“Gürcü Arzusu” Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb.

Gürcüstan nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bu barədə deyib ki, AŞPA-da Gürcüstanla bağlı qəbul edilmiş qətnamədəki şərtlər və qeydlər qəbuledilməz, ədalətsiz və əsassızdır.

Onun sözlərinə görə, AŞPA-nın yeni seçkilər keçirmək tələbi Gürcüstanın suverenliyini pozur, gürcü xalqının iradəsinə məhəl qoymur. Ona görə də Gürcüstan parlamenti nümayəndə heyətinin üzvləri bu gündən etibarən AŞPA-dakı fəaliyyətini dayandırır.

AŞPA-nın qəbul etdiyi qətnamədə iddia olunub ki, 26 oktyabr 2024-cü il parlament seçkilərindən sonra baş verən hadisələr, o cümlədən sərbəst toplaşmaq və ifadə azadlığının məhdudlaşdırılması, müxalifətin və vətəndaş cəmiyyəti nümayəndələrinin sıxışdırılması Gürcüstanın Avropa Şurasına üzvlük öhdəliklərinə ziddir.