Mart 27, 2025 15:18 Asia/Baku
  • Putin İranla imzalanan strateji tərəfdaşlıq sazişini parlamentə təqdim etdi

Rusiya prezidenti Vladimir Putin ölkəsinin İranla imzaladığı strateji tərəfdaşlıq sazişinin ratifikasiyası məsələsini Federal Məclisin müzakirəsinə təqdim edib.

Xatırladaq ki, sözügedən saziş yanvarın 17-də Kreml sarayında Rusiya və İran prezidentləri tərəfindən imzalanıb. Sazişin əhatə dairəsinə müdafiə, terrorla mübarizə, energetika, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya sahələri daxildir.