Zaxarovadan açıqlama:
Rusiya Qafanda Baş Konsulluq açmağa tələsir
Apr 10, 2025 10:54 Asia/Baku
Rusiya 2025-ci ilin may ayına kimi Qafanda Rusiya Baş Konsulluğunun açılışı ilə bağlı konkret razılaşmaların əldə olunmasını gözləyir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, konsulluğun açılması ticarət, investisiya, təhsil, mədəni və humanitar əməkdaşlığın dərinləşməsinə, həmin ərazi ilə Rusiyanın regionları arasında qarşılıqlı faydalı əlaqələrin qurulmasına mühüm təkan olacaq.
M.Zaxarova qeyd edib: “Ölkələrimiz arasında iqtisadi gündəliyin Sünikdə təşviqi İranla azad ticarət sazişinin bu yaxınlarda ratifikasiyası ilə əlaqədar Aİİ formatında getdikcə daha çox əhəmiyyət kəsb edir, bütün bunlar isə Sünik bölgəsinin təhlükəsiz və dinc inkişafını təmin edəcək”.