Apr 15, 2025 17:27 Asia/Baku

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq.

Yerli KİV-in məlumatına görə bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.O qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.Baş nazir həmçinin müxalifət nümayəndələrini sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb.