Eks prezident Nikol Paşinyana meydan oxudu
“Ermənistanda rejim dəyişikliyi uğrunda savaşacam”
Apr 17, 2025 12:17 Asia/Baku
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkədə rejim dəyişikliyi uğrunda savaşacağını vəd edib.
Sarkisyan İrəvandakı çıxışında Ermənistanın indiki hökumətini tənqid edərək, onu "yalan danışmaq üzrə dünya çempionu" adlandırıb. O deyib ki, Paşinyan xarici qüvvələrin planlaşdırdığı qəsdin tərkib hissəsi olaraq hakimiyyəti ələ keçirib.
Eks prezident deyib: “Onlar sülh vəd etdilər, müharibə gördük. Rifah vəd etdilər, mühacirət gördük. Onlar Qarabağı müdafiə edəcəklərini vəd etdilər, amma onu təslim etdilər”.
Sarkisyan məqsədinin aydın və dəyişməz qaldığını – əsas hədəfin mövcud hakimiyyətdən qurtulmaq olduğunu bildirib.