Apr 17, 2025 12:25 Asia/Baku
  • “Bizim anlayışımıza görə, bu yalnız monitorinq funksiyası ola bilər”

Ermənistanın baş naziri Naxçıvanı Azərbaycanın əsas hissəsinə qovuşduran yola üçünü bir dövlətin nəzarət etməyəcəyini vurğulayıb.

Nikol Paşinyan İrəvanda jurnalistlərin sualını cavablandırarkən deyib: “Üçtərəfli bəyanatın 9-cu bəndində Ermənistanın ərazi bütövlüyünün, suverenliyinin və yurisdiksiyasının hər hansı bir şəkildə zəiflədilməsini nəzərdə tutan heç bir maddə yoxdur. Həmçinin, ölkəmizin ərazisində üçüncü bir tərəfin iştirakını nəzərdə tutan bir müddəa da yoxdur. Orada qarşılıqlı əsaslar prinsipi açıq şəkildə qeyd olunub”.

Yola nəzarətin üçüncü ölkə tərəfindən həyata keçirilməsi ilə bağlı müzakirələrə toxunan Paşinyan izah edib ki, Ermənistanın anlayışına görə monitorinq funksiyası ola bilər və bu, Moskvadan peyk rabitəsi vasitəsilə ya da peyk avadanlıqları ilə həyata keçirilə bilər.

O bir daha vurğulayıb ki, Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası heç bir halda şübhə altına alınmamalıdır və bu prinsiplər şübhə doğura bilməz.

“Kimlər ki deyir, Ermənistan belə bir öhdəlik götürüb –onlar doğru demirlər” – deyə Paşinyan bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikasının prezidenti Ermənistanın cənubyndan maneəsiz keçid imkanının yaranmasını tələb edir. Rusiya isə 10 noyabr 2020-ci il bəyanatını rəhbər tutaraq sözü gedən yola bu ölkənin federal sərhəd qüvvələrinin nəzarət etməsində israrlıdır.