Rusiyanın silah tədarükündəki monopoliyasına son qoyulur
https://azeri.sahartv.ir/news/qafqaz-i419890-rusiyanın_silah_tədarükündəki_monopoliyasına_son_qoyulur
“Reuters”in məlumatına görə, Hindistan Rusiyanı silah bazarından sıxışdırır və artıq Rusiyanın Ermənistana silah tədarükündəki monopoliyasını qırıb.
(last modified 2025-04-21T10:27:37+00:00 )
Apr 21, 2025 09:52 Asia/Baku
  • Rusiyanın silah tədarükündəki monopoliyasına son qoyulur

“Reuters”in məlumatına görə, Hindistan Rusiyanı silah bazarından sıxışdırır və artıq Rusiyanın Ermənistana silah tədarükündəki monopoliyasını qırıb.

Reuters-in qeyd etdiyinə görə, uğurun ilk nümunələrindən biri Hindistanın keçən il ilk dəfə hərbi attaşe göndərdiyi Ermənistandır.Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatında bildirilir ki, 2022-2024-cü illərdə Ermənistana silah idxalının 43 faizi Hindistan tərəfindən həyata keçirilib.

Baş nazir Narendra Modinin Hindistanı dünya fabrikinə çevirmək cəhdi artıq ucuz iPhone və milyard dollarlıq dərman preparatlarının istehsalı ilə nəticələnib. 

İndi o, xarici hökumətlərin səbətlərinə raketlər, helikopterlər və hərbi gəmilər əlavə etməyə ümid edir.