Apr 24, 2025 14:36 Asia/Baku
  • Şoyqu: Rusiya düşmənin hücumlarına qarşı nüvə silahından istifadə etmək hüququna malikdir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Moskvanın Qərb ölkələrinin hücumu ilə qarşılaşdığı halda nüvə silahından istifadə etmək hüququ var.

Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Avropada Rusiya ilə hərbi qarşıdurmaya hazırlaşmaq üçün açıq kampaniya gedir. Bu qarşıdurma ilə bağlı müxtəlif vaxt cədvəlləri səsləndirilir – üç ildən beş ilə qədər. Avropa orduları və siyasətçiləri 2030-cu ilə qədər bizimlə müharibəyə hazır olmaq istəyirlər.O, həmçinin bildirib ki, Ukrayna rəsmiləri düşmənçiliyi davam etdirməyə və pul və silah müqabilində "ölkənin təbii resurslarını, ərazisini və xalqın gələcəyini Avropaya baha qiymətə satmağa" çalışırlar. Lakin onların hərbi və iqtisadi gücü hələ də zəifdir.