Ermənistanda həbsxana şəraiti hüquq müdafiəçilərini təşvişə salıb
Həbsxanalarda ölüm halları artır
Ermənistanda cəzaçəkmə müəssisələrində ölüm hallarının sayı artmaqda davam edir.
Bu barədə ölkənin Kriminal İcra Xidməti məlumat yayıb. Bildirilir ki, aprelin 20-də İrəvanın “Nubaraşen” həbsxanasında 54 yaşlı məhbus intihar edib. Bu, 2025-ci ilin əvvəlindən Ermənistan həbsxanalarında ölümlə nəticələnən 10-cu hadisə və beşinci intihardır.
Hüquq müdafiəçisi Janna Aleksanyanın sözlərinə görə, ölkənin penitensiar sistemində vəziyyət xeyli pisləşib.
2024-cü ildə Ermənistan həbsxanalarında 12 ölüm halı qeydə alınıb. Bundan əlavə, 298 məhbus aclıq aksiyası keçirib, 200 məhbus isə özlərini şikəst edib. Hüquq müdafiəçilərinin fikrincə, bu məlumatlar dövlətin belə hadisələrin qarşısını almaq üçün təsirli tədbirlər görmək iqtidarında olmadığını göstərir.
Rəsmi məlumatlara görə, “Nubaraşen” həbsxanasında 391 məhbus və 183 məhkum saxlanılır. Məhbuslara qarşı zorakılıq xəbərlərindən sonra müstəqil müşahidəçilər həbsxanaya baş çəkiblər. Onların sözlərinə görə, zorakılıq əlamətləri qeydə alınıb.
Hüquq müdafiəçisi Janna Aleksanyan bildirib ki, indiki hakimiyyət dövründə penitensiar müəssisələrdə vəziyyət xeyli pisləşib.