Simonyan Kremli sərt şəkildə tənqid etdi
“Rusiya Ermənistana qarşı hibrid müharibə aparır”
Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham edib.
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan jurnalistlərlə söhbətində deyib ki, Ermənistana qarşı hibrid müharibə aparılır, vaxtaşırı qızışdırılır, erməni soyadlı bəzi rusiyalı ekspertlər bu işə cəlb olunur, hakimiyyəti dəyişməyə çalışır, mitinqlər elan edirlər və s.”.
O iddia edib ki, kənardan böyük pullar xərclənir, xaricdən, xüsusən də Rusiyadan pul gəlir. Ermənistana qarşı hibrid müharibə aparılır.
Ermənistan Milli Assambleyasının sədri əlavə edib ki, 2026-cı il seçkilərinə qədər bu cəhdlər daha da güclənəcək, lakin əks effekt verəcək, eyni zamanda hakim “Mülki müqavilə” fraksiyasının reytinqi daha da artacaq və fraksiya buna görə “minnətdar olacaq.
Simonyan qeyd edib ki, 2020-ci il müharibəsi başa çatdıqdan sonra müxtəlif qütblər tərəfindən hakimiyyət dəyişikliyi üçün super məqsədlər qoyulub. Əlbəttə bu, başadüşüləndir; çoxları üçün postsovet məkanında xalq tərəfindən seçilmiş hökumətin olması qəbuledilməzdir.