May 06, 2025 11:21 Asia/Baku
  • “Koçaryan Rusiyanın agentidir”

Ermənistan parlamentinin spikeri eks-prezident Robert Koçəaryanı Rusiyanın agenti olmaqda günahlandırıb.

Alen Simonyan keçmiş prezidentin haqqında danışarkən deyib: “Robert Koçaryan Ermənistanda rus casusu statusunu daşıyan şəxsdir”.

Simonyan mətbuat brifinqində iddia edib ki, o, Rusiyanın maraqlarını güdən və yalnız bu istiqamətdə xidmət göstərən siyasətçidir və Koçaryanın Rusiya agenti olması ilə bağlı iddianı əsaslandıran çoxlu nümunələr var.

Qeyd edək ki, 2026-cı il seçkilərinin yaxınlaşması ilə Ermənistanda siyasi ehtiraslar böyüyür.