Müxalifət Paşinyana impiçment elan etməyə hazırlaşır
https://azeri.sahartv.ir/news/qafqaz-i420066-müxalifət_paşinyana_impiçment_elan_etməyə_hazırlaşır
Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq bildirilməsi prosesinə başlayıb.
(last modified 2025-05-10T06:24:52+00:00 )
May 10, 2025 10:20 Asia/Baku
  • Müxalifət Paşinyana impiçment elan etməyə hazırlaşır

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq bildirilməsi prosesinə başlayıb.

Partiyanın sədri Ovik Aqazaryan özünün “Facebook” hesabında bu mövzunu açıqlayıb.

O, baş nazir postuna yeni namizədinin adını mayın 20-də açıqlayacağını da bildirib

Xatırladaq ki, mayın 6-da Ermənistan parlamentində təmsil olunan müxalifətçi deputatlar artıq impiçment prosesinə başlamağa hazır olduqlarını bildirmişdilər.

Müxalif fraksiyanın nümayəndəsi Ayk Mamicanyan deyib: “Hazırda hakimiyyət dəyişikliyinə nail olmağın ən doğru yolu baş nazirə etimadsızlıq ifadə etmək prosesidir. Biz heç bir ilkin şərt olmadan namizəd məsələsini müzakirə etməyə hazır olduğumuzu bildiririk”.