ABŞ erməniləri təhrik edir
Konqresmenlər “erməni soyqırımı” qurbanlarının xatirəsini yad edib
Qondarma erməni soyqırımının 110-cu ildönümü münasibətilə ABŞ Senatının və Nümayəndələr Palatasının hər iki partiyanı təmsil edən onlarla üzvü ermənilərlə həmrəy olduqlarını bildiriblər.
Ermənistan KİV-lərinin məlumatına əsasən, konqresmenlər nəinki erməni soyqırımının tanınması və ədalət uğrunda mübarizəyə sadiqliklərini təsdiqləyiblər, həm də Azərbaycanı Qarabağ ermənilərinə qarşı etnik təmizləmədə ittiham edərək bu dövləti cavabdeh olmağa çağırıblar.
Azərbaycana qarşı sanksiyalar tətbiq etmək və ABŞ-Ermənistan münasibətlərini dərinləşdirmək üçün konkret siyasət yürütmək konqresmenlərin tələbləri sırasında olub.
Eyni zamanda o da qeyd olunur ki, bir sıra amerikalı qanunvericilər Azərbaycana hərbi yardımı tamamilə dayandırmaq üçün Azadlığa Dəstək Aktının 907-ci maddəsinin icrasını tələb ediblər.