Britaniya hökuməti Azərbaycanın maraqlarını ayaq altına atır
“Zəngəzur” tankerinə sanksiya tətbiq edilib
May 14, 2025 17:16 Asia/Baku
Britaniya hökuməti mayın 9-da Rusiyaya qarşı yeni sanksiya tətbiq edib, sanksiyanın Azərbaycana da şamil edildiyi bildirilir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yayımlanan sənədə görə, Azərbaycan hökumətinə məxsus “Zəngəzur” tankerinə də Rusiya neftini daşıdığı üçün sanksiya tətbiq edilib.
“Zəngəzur” tankeri Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsusdur və 2010-cu ildən istifadədədir.Britaniyanın sanksiya siyahısına həmçinin beş Azərbaycan vətəndaşı da daxil edilib.
Həmin şəxslər “Coral Energy Group” şirkətinə rəhbərlik edirlər. Sözügedən şirkət Rusiya neftinin ixracında mühüm rol oynayaraq, Qərb sanksiyalarından yayınmaqda Rusiyaya kömək edirmiş.