May 16, 2025 11:48 Asia/Baku
  • Reydlər zamanı azərbaycanlılar da saxlanılıb

Rusiyada miqrantlara qarşı kütləvi reydlər dalğası davam edir.

Bu məlumata əsasən, hüquq-mühafizə orqanları bazarlarda, tikinti meydançalarında, metrolarda, küçələrdə, hətta özəl tədbirlərdə, o cümlədən toylarda əcnəbi vətəndaşları saxlayır.

Mayın 14-də belə reydlər Yekaterinburq, Saratov, Voronej, Tümen və miqrant əhalisinin çox olduğu digər şəhərlərdə həyata keçirilib. Yüzlərlə insan saxlanılıb, aralarında Azərbaycan vətəndaşları da var.

Məlumatda qeyd olunur ki, sənədləri qaydasında olmayanlar sonradan deportasiya olunmaq üçün müvəqqəti saxlama təcridxanalarına göndərilib. Rusiya vətəndaşlığı olan şəxslər isə hərbi qeydiyyata alınmaq üçün nəzarətdə saxlanılır və lazım gəldikdə orduda xidmətə, o cümlədən Ukrayna ərazisində döyüşlərdə iştiraka göndərilir.

Bu yeni reallıqda minlərlə miqrant, o cümlədən Azərbaycan vətəndaşları üçün hətta qanuni məşğulluq demək olar ki, qeyri-mümkün olur.