May 25, 2025 15:04 Asia/Baku
  • Rusiya Kiyevə sülh memorandumu layihəsi göndərəcək

Rusiya bildirib ki, Ukraynadakı münaqişənin nizamlanmasına dair memorandum üzərində gedən işlər son mərhələdədir və bu sənəd yaxın günlərdə Ukrayna tərəfinə təhvil veriləcək.

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev "Zvezda" telekanalına bildirib ki, yaxın bir neçə gün ərzində Rusiya Ukraynadakı münaqişənin nizamlanmasına dair memorandum layihəsini Kiyevə təhvil verəcək."Hazırda bu memorandum üzərində iş gedir, birincisi, son mərhələdədir. İkincisi, yaxın günlərdə Rusiyanın müvafiq layihəsinin qarşı tərəfə veriləcəyi gözlənilir", - deyə o, qeyd edib.O, əlavə edib: "Ancaq mənim nöqteyi-nəzərimə görə, sənədin indiki mərhələdə ictimailəşməsi ehtimalı azdır".