May 26, 2025 18:10 Asia/Baku
  • Kreml: Ukraynanın hərbi obyektlərinə hücum PUA hücumlarına cavab idi

Kremlin sözçüsü Qərbin Rusiyanın Ukraynaya son hava hücumlarından narazılığına cavab olaraq, deyib: "Kiyevin hərbi obyektlərinin hədəfə alınması qisas hücumudur".

Kremlin sözçüsü əlavə edib: "Rusiya Ukraynanın pilotsuz təyyarələrinin hücumlarına cavab olaraq, bu ölkənin məhz hərbi obyektlərinə və hərbi hədəflərinə zərbələr endirir".

Dmitri Peskov Trampın Rusiya hücumlarına reaksiyası haqda isə deyib: “Donald Trampın açıqlamaları həddindən artıq psixoloji gərginlik altında verilib”.

Kreml sözçüsü sözünə davam edib: “Kiyev Rusiyaya hücumlarını davam etdirir, ona görə də Moskva əks tədbirlər görməyə məcburdur”.

Dmitri Peskov bəyan edib: “Biz hamımız Kiyev hökumətinin xarici liderləri 9 May Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlişləri ərəfəsində necə hədələdiyinin şahidi olduq”.

Kremlin sözçüsü sözünə davam edib: “Moskvaya səfər edən bir çox liderlər belə bir mühüm gün ərəfəsində Ukraynanın Rusiya Federasiyasının ərazisinə, iri şəhərlərinə və paytaxtına pilotsuz təyyarələrlə hücumlar etmək cəhdlərinin şahidi olublar. Bu cəhdlər davam edir, ona görə də biz tədbirlər görmək məcburiyyətindəyik.Rusiya prezidenti Vladimir Putin Rusiyanın təhlükəsizliyini təmin etmək üçün nə lazımdırsa edəcək" 

TASS xəbər agentliyi yazıb: Kiyevin bir neçə gün ərzində görünməmiş kütləvi dron hücumlarından sonra Moskva Ukrayna ərazisindəki hərbi obyektlərə dəqiq zərbələr endirib.

TASS-ın hesabatında deyilir: Hücumun hədəfləri arasında Ukrayna hərbi-sənaye kompleksinin raket və dron komponentləri istehsal edən şirkətləri, həmçinin elektron kəşfiyyat və peyk rabitə mərkəzləri olub. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, bütün təyin olunmuş hədəflər vurulub.

ABŞ prezidenti Tramp Rusiya silahlı qüvvələrinin Ukraynaya hücumundan narazılığını dilə gətirib və Rusiyaya qarşı daha çox sanksiyalar tətbiq etməyi düşündüyünü bildirib.