İyun 12, 2025 11:59 Asia/Baku

Rusiya hökuməti Avropa İttifaqının Ermənistandakı missiyasının fəaliyyəti ilə bağlı Azərbaycanın haqlı narahatlığı barədə məlumatlıdır.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirib ki, bu qondarma missiyanın əməkdaşlarının nə ilə məşğul olduğu yaxşı məlumdur.Zaxarova deyib: "Onlar Ermənistanın qonşu ölkələri barədə casusluq edirlər. Əlbəttə ki, onlar İrəvan qarşısında hesabat vermirlər, regionda sabitliyə heç bir yardım etmirlər".