İyul 30, 2025 13:48 Asia/Baku
  • Dəhlizin ABŞ şirkətinə icarəyə verilməsi olduqca risklidir

Ermənistan parlamentinin birinci vitse-spikeri bildirib ki, İrəvan ABŞ-ın məlum təklifini rədd etməyib, lakin Ermənistan qanunlarından yan keçən təşəbbüsləri qəbul etməyəcək.

Bu məlumata əsasən, Ruben Rubinyan Factor TV-yə müsahibəsində deyib: “İrəvan Amerikanın Sünikdən keçən marşrutla bağlı təklifini rədd etməyib, sadəcə olaraq Ermənistan qanunvericiliyinə uyğun gəlməyən təşəbbüsləri nəzərə almır.

Xatırladaq ki, ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak son günlər Nyu Yorkda keçirdiyi brifinqdə ölkəsinin İran sərhədinə yaxın Zəngəzur nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyə hazır olduqlarını açıqlayıb.

Diplomat bildirib: “ABŞ olaraq biz bu 32 kilometrlik yolun 100 il müddətinə icarəyə götürülməsini və bütün tərəflər tərəfindən istifadə olunmasını təklif edirik”.

Bu təklifin irəli sürülməsindən dərhal sonra Ermənistan Xarici İşlər Nazirliyi ABŞ-ın təklifini rədd edərək, regionda nəqliyyat əlaqələrinin açılması məsələsinə yalnız ölkənin suverenliyi, ərazi bütövlüyü və hüquqi səlahiyyətləri çərçivəsində baxdığını bir daha vurğulayıb.

İndi bunun ardınca parlament təmsilçisinin söylədiyi fikirlər belə təəssürat yaradır ki, Ermənistan dilemma qarşısında qalıb. ABŞ-ın təklifini qəbul edib Rusiya və İranla əlaqələrini təhlükəyə atmaq; və ya təklifi rədd edib Qərbdən aldığı dəstəyi itirmək. Əlbəttə bir məsəl məlumdur ki, Ermənistanın cənubundan keçən kommunikasiya xəttinin idarəsini və təhlükəsizliyini ABŞ şirkətinə tapşırmaq Paşinyan hökuməti üçün olduqca riskli qərar olacaqdır. Və bu addım hətta Ermənistanı Rusiya ilə ABŞ arasında savaş meydanına çevirə bilər.

Müsahibə zamanı Rubinyana Azərbaycanla sülh müqaviləsi barədə də sual verilib. O bildirib ki, bu, Bakıda siyasi iradənin olmaması ilə bağlıdır. Çünki İrəvan artıq bütün mümkün narahatlıqlara cavab verib və öz tərəfindən bütün addımları atıb.