Rusiya ilə Azərbaycan arasında gərginlik pik həddə çatıb
Heydər Əliyevin heykəlləri hədəfə alınır - AKTUAL
Kremlə yaxın daha bir siyasətçi Azərbaycan hakimiyyətinə qarşı sərt açıqlama verib.
Rusiyada Vətəndaş Cəmiyyətləri və İnsan haqları üzrə Şuranın üzvü, eyni zamanda Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov Azərbaycanın Rusiyadan birdəfəlik uzaqlaşdığını, ABŞ, Britaniya, Türkiyə və Ukraynanı dost saydığını iddia edərək bu təklifləri verib:
1. Ukraynada Azərbaycanın neft- qaz nöqtələrinə dəqiq zərbələr artırılsın!
2. Rusiya ərazisində Azərbaycanın diaspor fəallarının bütün biznesləri boğulsun!
3. Rusiya ərazisində Heydər Əliyevin heykəlləri götürülsün!
2025-ci ilin iyulunda Kabanov iddia etmişdi ki, Azərbaycan “sözlə və əməli ilə açıq şəkildə Rusiyanın düşmənlərini dəstəkləyir, açıq anti-Rusiya mövqeyi tutur”.
O, Bakı ilə əməkdaşlığın ciddi şəkildə azaldılmasını, maliyyə əlaqələrinin kəsilməsini, Azərbaycan biznesi və diasporasının Rusiyadakı təsirinin məhdudlaşdırılmasını təklif etmişdi.
Prezident İlham Əliyevin bəzi çıxışlarını “anti-Rusiya” kimi qiymətləndirən Kabanov, xüsusilə Ukrayna ilə bağlı bəyanatlardan sonra, Azərbaycanla viza rejiminin tətbiq olunmasını irəli sürüb.
O həmçinin Azərbaycanı Rusiyanın daxili işlərinə qarışmaqda, xüsusilə etnik cinayətkarlıq və miqrasiya məsələlərində ittiham edib.
Kabanov qeyd edib ki, Azərbaycanla "qardaşlıq" və "müttəfiqlik" anlayışları artıq keçmişdə qaldı.