Avq 19, 2025 13:00 Asia/Baku
  • “Ərazi bütövlüyü, suverenlik, qanuni səlahiyyətlər və sərhədlərin toxunulmazlığı”

Ermənistanın baş naziri xalqa müraciətində kommunikasiyaların ərazi bütövlüyü, suverenlik, qanuni səlahiyyətlər və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında açılacağını bildirib.

Nikol Paşinyan deyib: “Vaşinqton bəyannaməsi əsasında Ermənistan və Azərbaycan arasındakı yollar məhz bu tezislər çərçivəsində açılmalıdır. Bu o deməkdir ki, rabitə yollarının bərpası və tikintisi sahələrində ilk növbədə Ermənistan və Azərbaycan arasındakı dövlət sərhədi aydınlaşdırılmalı, ayırd edilməli və işarələnməlidir”.

Baş nazirin sözlərinə görə, sərhədin öz məcburi atributları var: sərhəd qulluqçuları, gömrük məntəqələri və sairə. Bəs bu, bizim üçün yeni narahatlıqlar yaratmır? Qəti şəkildə yox, çünki Vaşinqton bəyannaməsinin üçüncü bəndində qarşılıqlılıq prinsipi də qeyd olunub və bu, Azərbaycanla balanslaşdırılmış və qarşılıqlı qəbul edilə bilən həll yolu tapılmasının zəmanətidir.

Paşinyan söhbətini bu cümlələrlə bitirib: “Mən şadam ki, bir sıra regional tərəfdaşların bu proqramla bağlı narahatlıqları artıq aradan qalxıb və biz onlarla əməkdaşlıq və şəffaflıq mühitində işləməyə davam edəcəyik”.