Anklavlar məsələsi necə həll oluna bilər?
https://azeri.sahartv.ir/news/qafqaz-i421338-anklavlar_məsələsi_necə_həll_oluna_bilər
Azərbaycanla Ermənistan arasında anklav torpaqların qaytarılması məsələsi gündəmə gətirilir.
(last modified 2025-08-25T04:26:32+00:00 )
Avq 23, 2025 08:25 Asia/Baku
  • Anklavlar məsələsi necə həll oluna bilər?

Azərbaycanla Ermənistan arasında anklav torpaqların qaytarılması məsələsi gündəmə gətirilir.

Azərbaycan tərəfinin bildirdiyinə görə, bu ölkənin dörd anklavı - Yuxarı Əskipara, Sofulu, Barxudarlı, bir də Naxçıvan tərəfdə Kərki kəndi hazırda Ermənistanın nəzarətindədir. Azərbaycan isə, İrəvanın iddiasına görə, Ermənistan ərazisinin 200 kvadrat kilometrlik ərazisinə və Gədəbəy Rayonunda yerləşən Artsvaşen qəsəbəsinə nəzarət edir.

Ermənistan baş naziri Nikol Paşinyan avqustun 21-də iki ölkənin bir-birinə ərazi qaytarma mümkünlüyündən danışıb. O, ərazilərin mübadiləsi variantını da istisna etməyib. Azərbaycan rəsmiləri Paşinyanın ərazi mübadiləsi məsələsinə münasibət bildirməyib. Prezident İlham Əliyev ötən ilin yanvarında demişdi ki, anklav kəndlərlə bağlı ayrıca ekspert qrupu yaradılmalıdır, bütün anklavlar qaytarılmalıdır.

Bəzi ekspertlər bu qənaətdədirlər ki, Azərbaycan və ya Ermənistan tərəfindən anklav ərazilərin qaytarılması o qədər də real deyil və ola bilsin ki, torpaq mübadiləsi üsulu masa üzərinə gətiriləcək.