Putinin müşaviri Azərbaycanı tənqid edti:
“Qarabağdakı abidələrin sökülməsi mənfi münasibət yaratmaya bilməz”
Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Azərbaycan Respublikasının Qarabağdakı abidələri sökməsini sərt şəkildə tənqid edib.
Şvıdkoy BRK-ya müsahibəsində son zamanlar Xankəndidə rusiyalı erməni əsilli rəssamın büstünün sökülməsinə münasibət bildirərkən deyib: “Mədəniyyət xadimlərinin abidələrinin sökülməsi, onlara təcavüz, harada baş verməsindən asılı olmayaraq, mənsub olduqları millətdən asılı olmayaraq çox mənfi münasibət yaratmaya bilməz”.
O, bunu “nəzakətsiz iş” adlandırıb və qeyd edib ki, abidələr həmin torpaqlarda yaşamış xalqların tarixini əks etdirir.
Rusiya prezidentinin xüsusi nümayəndəsi son vaxtlar mədəniyyət sahəsinin çox siyasiləşməsindən narahat olduğunu bildirib.
“Siyasət indiki zamanda yaşayır, mədəni əlaqələr isə əbədidir və bunu başa düşmək lazımdır”, – deyə Şvıdkoy söyləyib.
Onun sözlərinə görə, Rusiyanı Cənubi Qafqaz xalqları – Ermənistan, Azərbaycan və Gürcüstanla çoxəsrlik tarix biləşdirir və bu əlaqələr ləğv edilə bilməz․
Şvıdkoy söhbətinin davamında 2025-ci il iyulun 29-da Xankəndidə yerləşən erməni-rus rəssamı İvan Aivazovskiyə həsr olunmuş abidənin sökülməsi ilə bağlı dərin narazılıq ifadə edərək deyib ki, əgər bu abidə Azərbaycan tərəfindən problem yaradırdısa, Bakı Moskvanı əvvəlcədən məlumatlandıra bilərdi — məsələn, abidəni sivil bir tərzdə, bəlkə Rusiyada yerləşdirmək yolu ilə məsələ həll edilə bilərdi. O, bu hərəkəti “göstərişli düşmənçilik” aktı kimi qiymətləndirib.
Report.az portalında yayımlanan analitik yazıda Mixail Şvıdkoyun bu məsələni siyasiləşdirdiyi, ikili standardları olduğunu və Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyi vurğulanır.
Azərbaycan rəsmiləri bildiriblər ki, İvan Ayvazovskiyə həsr olunmuş büstün sökülməsi suverenliyimizə hörmət əlaməti kimi qəbul edilməlidir və bu addım "məntiqli, düzgün və qanunauyğun" hesab edilir.