Avq 22, 2025 12:15 Asia/Baku
  • “Dəyişiklik Konstitusiya Məhkəməsinin rəyindən asılıdır”

Ermənistanın baş naziri ölkə Konstitusiyasına dəyişilklik məsələsi barədə mövqeyuini açıqlayıb.

Nikol Paşinyan bildirib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin ratifikasiyası mərhələsində onun Konstitusiyaya ziddiyyət təşkil etdiyini müəyyən edərsə, o şəxsən Konstitusiya dəyişikliyi üçün təşəbbüs göstərəcək.

Baş nazir həmçinin yeni Konstitusiya layihəsinə toxunaraq deyib: “Bizim yeni Konstitusiya qəbul etmək gündəliyimiz var. 2027-ci ili son tarix kimi göstərmişəm”.

Hazırda yeni Konstitusiya layihəsi üzərində işləyirik və hazır olduqda referendum keçirəcəyik. Amma bunun sülh prosesi ilə əlaqəsi yoxdur”, - deyə “Paşinyan əlavə edib.

Rəsmi Bakı dəfələrlə vurğulayıb ki, sülh sazişi yalnız bir şərtlə imzalanacaq. Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır.

Paşinyan onu da vurğulayıb ki, “gələcək seçkilərdə vətəndaşlar sülh ilə qeyri-sülh arasında seçim edəcəklər.