Avq 25, 2025 13:33 Asia/Baku
  • “Onlar Ukraynada sülhün bərqərarını istəmirlər”

Rusiyanın xarici işlər naziri bəyan edib ki, Avropa İttifaqının siyasətçiləri Ukraynada sülhün bərqərarını istəmirlər.

Sergey Lavrov bu barədə NBC News telekanalına müsahibəsində deyib: “Rusiya bir neçə dəfə diplomatik sülh yolu ilə həll təklif edib, lakin avropalı siyasətçilər bunu əngəlləyirlər.

Onun sözlərinə görə, Ankoric görüşünə reaksiya olaraq Avropa nümayəndələrinin Vaşinqtona səfəri və sonrakı hərəkətləri onların sülh istəmədiklərini göstərir.

“Onlar Ukraynanın məğlub olmasına imkan verə bilməyəcəklərini deyirlər. Avropa Rusiyanın qalib gəlməsinə imkan verə bilməz. Bu, onların istifadə etdikləri kateqoriyalardır - "qələbə", "məğlubiyyət" və s.”, - deyə Sergey Lavrov qeyd edib.

Rusiyalı nazir əlavə edib: “Biz 2022-ci ilin aprelində əldə olunmuş sazişi məhv etmədik. Bunu İngiltərənin o vaxtkı baş naziri Boris Conson və Co Bayden administrasiyasının bir sıra rəsmiləri, fransızlar və almanlar etdilər. Biz bunu bilirik”.