İsrail rejimindən sürpriz:
Netanyahu “erməni soyqırımı”nı tanıdığını bildirib - TƏCİLİ
Qondarma İsrail rejiminin baş naziri Benyamin Netanyahu ilk dəfə olaraq qondarma erməni soyqırımını tanıdığını bildirib. “Mən indi tanıdım, buyurun!”
Armenpress-in məlumatına əsasən, Netanyahu bu sözləri Patrick Bet-David ilə podcast müsahibəsində deyib.
İsrail baş nazirinin bu açıqlaması Amerika Erməni Milli Komitəsi tərəfindən alqışlanıb. Komitənin icraçı direktoru Aram Hamparyan Netanyahunun bəyanatına reaksiya olaraq, deyib ki, Türkiyə “erməni soyqırımı”nı inkar etməkdən və ədalət mühakiməsinə mane olmaqdan əl çəkməlidir”.
Bu arada sionist rejim baş nazirinin qondarma erməni soyqırımını tanıması İsrail mediasında geniş əks-səda doğurub. Haaretz, The Jerusalem Post və Times of Israel qəzetləri bu bəyanatı təsdiqləyiblər.
İsrail mətbuatı qeyd edir, Netanyahu bu açıqlamanı Türkiyə və Azərbaycandan çəkinmədən vermişdir.
Xatırladaq ki, Türkiyə “erməni soyqırımı” terminini qəbul etməkdən imtina edir və belə məsələlərdə Türkiyə sərt diplomatik reaksiya verir.
Azərbaycan da bu məsələdə Türkiyə ilə tam həmrəydir və “qondarma soyqırım” tezisini dəstəkləyir. Ona görə də, normal şəraitdə rəsmi Bakının reaksiya verməsi qaçılmazdır. Hətta tərəflər arasında diplomatik gərginliyin yaşanması gözlənilir.
Bəzi ehtimallara görə isə sionist diplomatlar Netanyahunun ermənipərəst fikrini malalamağa çalışacaqlar və Bakı mediası bunu anlaşılmazlıq kimi qələmə verin üstündən sovuşacaqlar.