Sen 07, 2025 10:52 Asia/Baku
  • Moskva bu ölkədə maraqlarını necə qorumaq istəyir? - TƏHLİL

Ermənistanda qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri sürətlə gedir. Rəsmi orqanlarla yanaşı, pro-Rusiya müxalifəti də səfərbər olub.

Ermənistanda ənənəvi pro-Rusiya liderləri – keçmiş prezidentlər Koçaryan və Sarkisyan kimi simalar artıq ictimai inam itirib. Buna görə də ola bilsin ki, Rusiyanın diqqəti yeni üsullarla işləyən fiqurlara yönəlməkdədir. Məsələn Rusiya Ermənistanda dindar hissləri siyasi nüfuz üçün istifadə etməyə başlayıb. Xüsusən, Samvel Karapetyan adlı rusiyapərəst iş adamı kilsəni müdafiə edən mesajlarla ictimai rəyə təsir etməyə çalışır.

Bununla yanaşı Sputnik Armenia, News.am, Graparak kimi yerli media da artıq bu informasiya kampaniyalarının bir hissəsi kimi fəaliyyət göstərir.

Bu arada maraqlı bir mənzərə də ondan ibarətdir ki, Rusiya Segey Kiriyenko vasitəsi ilə Ermənistanda xeyli dəyişən siyasi mühitdə yeni strategiya qurmağa çalışır.

Yeri gəlmişkən bildirək ki, Kiriyenko Kremlin “Armeniya üzrə kuratoru” təyin olunub. Onun rəhbərlik etdiyi strukturlar; o cümlədən daxili siyasət, ictimai layihələr və sosial analiz idarələri Ermənistanın informasiya məkanında Rusiyapərəst simaların formalaşdırılması və seçkilər ərəfəsində təsirlərin artırılması istiqamətində fəaliyyət göstərir . Məqsəd qeyd edilir ki, Ermənistan hökumətinin Qərblə yaxınlaşmasının qarşısını almaq və 2026-cı ildə keçiriləcək parlament seçkilərində pro-Rusiya qüvvələrinin qələbəsini təmin etməkdir.

Bu çərçivədə Kiriyenko həm informasiya kampaniyaları, həm də siyasi planlaşdırma vasitəsilə Rusiyanın təsir imkanlarını Ermənistanda gücləndirməyə çalışır.

Bundan əvvəl Ermənistanın Rusiyadan qopmaq üçün atdığı addımlar Kremlin diqqətindən kənarda qala bilmədi. Bu istiqamətdə rəsmi İrəvanın KTMT üzvlüyündən çəkilməsi və qərarların dondurulması, Sərhəd nəzarətinin Rusiya əlindən Armenia Milli Güc strukturlarına keçməsi və ABŞ ilə Strateji Müttəfiqlik kimi qərarlarının şahidi olmuşuq və Rusiya artıq əks-hücuma keçmək vaxtının gəlib çatdığını düşünür.