Zaxarovadan kommunuikasiyalar məsələsi ilə bağlı açıqlama:
“Moskva bu barədə Ermənistanla dialoqu davam etdirəcək”
Sen 13, 2025 14:16 Asia/Baku
Rusiya rəsmisi bildirib ki, Moskva kommunikasiyaların açılması kontekstində Ermənistanla dialoqun davam etdirilməsini səbirsizliklə gözləyir.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistlər üçün keçirdiyi brifinqdə deyib: “Ermənistan Avrasiya İqtisadi Birliyinin vahid gömrük məkanının bir hissəsidir, Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları şirkəti Ermənistanın dəmir yolu şəbəkələrini idarə edir və Rusiya sərhədçiləri göstərilən marşrutun keçməsi planlaşdırılan ərazidə sərhədi qoruyur”.
Tramp marşrutu layihəsinə toxunan diplomat əlavə edib ki, bu marşrutun praktikada necə işləyəcəyi ilə bağlı yekun fikir yoxdur və Moskva detallarla tanış olduqdan sonra öz mövqeyini açıqlayacaq.