Sarkisyan yenə də Paşinyana meydan oxudu:
“Hakimiyyət dəyişikliyi Ermənistanın gündəmində qalır”
Ermənistanın üçüncü prezidenti və hazırda müxalifətdə olan Serj Sarkisyan bəyan edib ki, hakimiyyət dəyişikliyi məsələsi həmişə gündəmdə olub və bu gün də belədir.
Sarkisyan vurğulayıb: “Hakimiyyət dəyişikliyinə nail olmağın ən düzgün və optimal yolu hökumətə və baş nazirə etimadsızlıq elan etməkdir, yəni impiçment elan etməkdir. Parlament təkcə onların danışdığı yer deyil, həm də onların dinlədiyi yerdir. Beynəlxalq təcrübəyə baxın: Bu günlərdə Fransada impiçment elan edildi, Nepalda isə zorakılıq. Bəs Ermənistanda dəyişikliyə nücə nail olunmalıdır? Zorakılıq və qətl yolu, yoxsa parlament vasitəsilə?”.
Baş nazir Paşinyanın "polad mandat" və müxalifətçilərin seçkidən əvvəl həbs oluna biləcəyi ilə bağlı açıqlamasına gəlincə, Sarkisyan deyib: “Ermənistan tarixində heç vaxt bu qədər siyasi məhbus olmayıb və belə davam edərsə, onların sayı artacaq”.