Sen 28, 2025 11:15 Asia/Baku
  • Zaxarova: Onların hərəkəti ikili standartın bariz nümunəsidir

Rusiyanın XİN sözçüsü Avropa üçlüyünün İrana qarşı köhnə sanksiyaları bərpa etmək cəhdinə münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Britaniya, Fransa və Almaniyanın BMT Təhlükəsizlik Şurasının İrana qarşı əvvəlki sanksiyalarını bərpa etmək təşəbbüsü ikili standart təsiri bağışlayır və onların bütün hüquqi arqumentləri əsassızdır.

Mariya Zaxarova deyib: “Avropalılar 2231 saylı qətnamədə nəzərdə tutulmuş mübahisələrin həlli prosedurunu kənara qoyaraq məkrli bir gedişə əl atıblar.

Onun sözlərinə görə, Avropa üçlüyünün iddialarının əksinə olaraq, bu mexanizm işə salınmayıb. London, Paris və Berlin bu mərhələləri keçib, dərhal Təhlükəsizlik Şurasına sənəd təqdim ediblər. Bu isə beynəlxalq hüququ pozmaq və ikili standartla davranmaq deməkdir. Onlar göstərilən prosedurlardan istifadə hüququna malik deyillər.

Zaxarova əlavə edib: “Avropanın baxışına görə, oktyabrın 18-də nüvə sazişinin qısa müddətli bəndləri də başa çatır. Rusiya və Çin isə Təhlükəsizlik Şurasında sədrliyə başlamazdan əvvəl, nə bahasına olursa-olsun, qərarlarını irəli sürməyə çalışdılar”.

Rusiyalı diplomat qeyd edib ki, Moskva və Pekin 26 sentyabrda sonuncu dəfə cəhd ediblər ki, legitimliyi qorusunlar və 2231 saylı qətnamənin qüvvəsini uzatsınlar: “Bu, diplomatik həll yolu tapmaq və gözlənilməz gərginliyin qarşısını almaq üçün vaxt qazandırardı. Bu səbəbdən də avropalıların bu tələskənliyi pislənməlidir. Zira Qərb bununla beynəlxalq hüququn nəzarət və tarazlıq sistemini deqradasiyaya uğratdı.